Xerosimo və Nakasakiyə atom bombası atan ABŞ Yaponiya ilə birgə hərbi təlim keçirəcək

Yaponiyanın Özünümüdafiə Quru Qüvvələri ilə ABŞ 3 minə yaxın hərbçinin iştirakı ilə “Orient Shield” (“Şərq qalxan”) adlı təlim keçirəcək.

 

Yaponiyanın müdafiə naziri Nobuo Kisi iyunun 22-də keçirdiyi mətbuat konfransında bildirib ki, hərbi manevr iyunun 24-dən iyulun 11-dək Yaponiyanın bütün baza və poliqonlarında keçiriləcək: “Bu, tarixdə ilk genişmiqyaslı təlim olacaq. Yaponiya ətrafında regional təhlükəsizlik daha da sərtləşir. Yaponiyanın Özünümüdafiə Quru Qüvvələri ilə ABŞ Silahlı Qüvvələri arasında əməkdaşlığın güclənməsi çox vacibdir”.

Qeyd edək ki, iki ölkə arasında “Orient Shield” birgə təlimi 1985-ci ildən keçirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button