
Ölkənin Ombudsmanı yenidən Səbinə Əliyeva olacaq
![]()
Yaxın saatlarda Milli Məclisdə Azərbaycanın İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) seçiləcək. Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Hazırkı Ombudsman barədə yetərincə məlumat olduğu halda, digər iki namizəd geniş ictimaiyyətə az tanışdır.
Musavat.com-un əldə etdiyi xəbərə görə, köhnə Ombudsman Səbinə Əliyeva növbəti müddətə seçiləcək.
Qeyd edək ki, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) 7 il müddətinə seçilir. Eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva ilk dəfə 29 noyabr 2019-cu ildə Milli Məclisin qərarı ilə Ombudsman seçilib.
Ombudsman ölkə Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından seçilib. Səbinə Əliyevanın 7 illik səlahiyyət müddəti dünən başa çatıb.
Qanun Səbinə Əliyevanın yenidən seçilməsini də mümkün hesab edir.



