MEHRİBAN ƏLİYEVA JURNALİSTƏ DƏSTƏK GÖNDƏRDİ

Nurani təxəllüsü ilə daha çox tanınan Tofiqəxanım Qasımova hazırda komadadır

Birinci vitse-prezident Mehriban Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycanın Əməkdar jurnalisti Tofiqəxanım Qasımovaya dəstək göstərib.

Xural.org bakupost.az-a istinadən xəbər verir ki, Nurani təxəllüsü ilə daha çox tanınan Tofiqəxanım Qasımova hazırda komadadır.
Nuraninin yazıları uzun illərdir Azərbaycanın və xarici ölkələrin onlarla kütləvi informasiya vasitəsində dərc olunur. Onun fəaliyyətinin əsas istiqamətlərini geosiyasət, siyasi proseslər və Cənubi Qafqazla bağlı məsələlər təşkil edir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button