Qonşu ölkədən ən çox kartof alan ölkə açıqlandı – Azərbaycan birinci yerdə

Gürcüstandan kartof ixracı kəskin azalıb. Ölkənin xarici bazarlara satdığı kartofun həcmi ötən illə müqayisədə dörd dəfədən çox aşağı düşüb.

Bu barədə Gürcüstanın Milli Statistika Xidməti (Geostat) məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Gürcüstan 5,1 milyon dollar dəyərində kartof ixrac edib. Ötən ilin eyni dövründə isə bu göstərici 26,7 milyon dollar təşkil edib.

İxracın fiziki həcmində də ciddi azalma qeydə alınıb. Belə ki, 2025-ci ilin ilk doqquz ayında Gürcüstan xarici ölkələrə 79,2 min ton kartof satdığı halda, bu ilin müvafiq dövründə göstərici 19,4 min tona düşüb.

Gürcüstan kartofunun ən böyük alıcısı Azərbaycan olub. Ölkəmiz Gürcüstandan 2,4 milyon dollar dəyərində kartof idxal edib.

İkinci yerdə 1,4 milyon dollarla Rusiya, üçüncü yerdə isə 942 min dollarla Belarus qərarlaşıb. Ümumilikdə Gürcüstan kartofu altı ölkəyə ixrac olunub.

Eyni zamanda Gürcüstanın kartof idxalında da azalma müşahidə edilib. İdxalın dəyəri 35 faiz, fiziki həcmi isə təxminən iki dəfə azalıb.

Hesabat dövründə ölkəyə 2,8 milyon dollar dəyərində 4 min ton kartof gətirilib.

Gürcüstanın əsas kartof təchizatçıları Almaniya, Türkiyə və Niderland olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button