Binəqədidə bağlıq ərazi yandırılıb

Bakıda ağaclıq ərazidə – bağda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Qeyd edək ki, yeni tikinti işlərinin aparılması üçün Bakının bir çox ərazilərində meşəlik ərazilər, bağlar naməlum səbəblərdən yandırılır. O baxımdan FHN ilə yanaşı hüquq-mühafizə orqanları da birgə əməliyyat apararaq yanğının əsl səbəblərini araşdırmalı və cinayətkarlar cəzalandırılmalıdır. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button