
Angela Merkel Türkiyəyə dəstək olmağı tövsiyə etdi
“Türkiyəyə miqrantlarla bağlı maliyə yardımı davam etməlidir”.
Almaniyanın kansleri Angela Merkel İtaliyanın baş naziri Mario Draqi ilə keçirdiyi görüşdə deyib ki, 3 milyondan çox miqrantı qəbul edən Türkiyəyə Avropa İttifaqı tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi vacibdir.
A.Merkel Aİ-nın Türkiyəyə dəstəyinin davam etməsinin lazım olduğunu da söyləyib: “Düşünürəm ki, hər birimiz Türkiyənin əməkdaşlığı olmadan prosesə davam edə bilməyəcəyimizi qəbul edirik”.



