Putinə qəsd hazırlamaqda şübhəli bilinən şəxs Rusiyaya təhvil verilib

27.08.2012

Ukrayna Vladimir Putinə qəsd hazırlamaqda şübhəli bilinən Qazaxıstan vətəndaşı İlya Pyanzini Rusiyaya təhvil verib.

Rusiyanın sabiq baş naziri, indiki prezident Vladimir Putinə qəsdin qarşısının alındığı fevralın 27-də açıqlanmışdı. Xəbərdə deyilirdi ki, baş nazir Vladimir Putinə qəsd etmək niyyəti olan iki nəfəri 2012-ci ilin yanvarında Ukraynanın Odessa şəhərində tutublar.

Tutulanlar İlya Pyanzin və Adam Osmayev ifadələrində Moskvada terror aktları törətmək, eləcə də baş nazir Vladimir Putinə qəsd etmək tapşırığı aldıqlarını deyiblər. Tapşırığın çeçen müqavimət hərəkatının liderlərindən olan Doku Umarovdan gəldiyi bildirilib.

İlya Pyanzin və Adam Osmayev sonradan ilkin ifadələrindən imtina ediblər.

Avqustun 20-də Odessa vilayətinin Apellyasiya Məhkəməsi Ukrayna Baş Prokurorluğunun qərarını qanuni sayaraq İlya Pyanzin və Adam Osmayevin Rusiyaya təhvil verilməsinə razılaşıb. Ancaq Avropa İnsan Hüquqları Məhkəməsi Adam Osmayevin vəkillərinin şikayətini nəzərə alaraq onun Rusiyaya təhvil verilməsini təxirə salmağı tövsiyə edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button