“Friterm” türk şirkətindən külli miqdarda pul aparılıb

27.08.2012 

Avqustun 27-nə keçən gecə Bakıda şirkətin ofisinə basqın edilib. Hüquq-mühafizə orqanlarının  verdiyi məlumata görə, Səbail rayonu ərazisində, Nizami küçəsi 86 ünvanında yerləşən “Friterm” şirkətinin ofisindən 101 min manat pul oğurlanıb. Dərhal hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hazırda oğurluğun kim tərəfindən törədilməsi araşdırılır, təhlükəsizlik kameralarının çəkdiyi kadrlar incələnir.

Qeyd edək ki, “Friterm” Türkiyə şirkətidir. Şirkət isitmə-soyutma sistemlərinin satışı, quraşdırılması ilə məşğul olur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button