
MAKRON ƏLİNİ ÖPMƏK İSTƏDİ – ƏMİNƏ ƏRDOĞAN QOYMADI
Makronun Əminə Ərdoğanla bağlı hərəkəti gündəm olub

Fransa Prezidenti Emmanuel Makronun NATO sammiti çərçivəsində Ankarada keçirilən rəsmi ziyafətdə Türkiyənin birinci xanımı Əminə Ərdoğanla bağlı hərəkəti gündəm olub.
Xural.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, NATO liderləri və xanımlarının şərəfinə təşkil edilən şam yeməyinə qatılan Fransa dövlət başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan tərəfindən qarşılanıb.
Görüş zamanı E.Makron Əminə Ərdoğanın əlini öpmək istəsə də, Türkiyənin birinci xanımı buna icazə verməyib.



