AZƏRBAYCANLILARIN OLDUĞU GƏMİ VURULDU

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür

Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin “Okean Maritime” şirkətinə məxsus “Atlas Bəy” adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bu barədə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

“Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir”, – məlumatda qeyd olunub.

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button