GƏNCƏNİN İCRA BAŞÇISINDAN ŞƏHİDLƏRƏ HÖRMƏTSİZLİK

"Gör, bunlar nə qədər saymazyana və laqeyd olublar "

11 iyunda Gəncədə şəhid zabitlərin anma mərasimi keçirilib. Maraqlıdır ki, mərasimdə şəhid ailələri və yaxınları, eyni zamanda şəhər ictimaiyyəti iştirak etsələr də, şəhər rəhbərliyindən, konkret olaraq Gəncə şəhər icra hakimiyyətindən kimsə iştirak etməyib. Bu da şəhid ailələrinin haqlı narazılığına səbəb olub. Xural.org-u məlumatlandıran mənbə qeyd etdi ki, “bu, hətta demonstrativ, nümayişkəranə baş verib. Niyazi Bayramov bilərəkdən şəhər kənarına çıxıb, onun aparatından isə bir nəfər belə Şəhidlər Xiyabanına gəlməyib. Gör, bunlar nə qədər saymazyana və laqeyd olublar. ”

Xural.org qeyd edir ki, polis polkovniki Səməd Abbasov və polis polkovniki İlqar Balakişiyev 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş hadisələr zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olublar. Həmin ayın 3-də Gəncə şəhərinin ovaxtkı icra başçısı Elmar Vəliyevə silahlı hücum edilmişdi.

Zabitlər 11 iyul 2018-ci ildə Gəncə şəhərindəki Şəhidlər Xiyabanında dəfn ediliblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button