
İSRAİL ƏN BÖYÜK DOSTUNU İTİRDİ
Bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb

Bu gün İsrail ən böyük dostlarından birini itirib.
Xural.org axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir özünün X səhifəsində yazıb.
“Senator Lindsi Qrehem asan olduğuna görə deyil, haqlı olduğuna inandığı üçün İsrailin yanında idi. Onun sarsılmaz dəstəyi, cəsarəti və mənəvi aydınlığı milyonlarla israilli tərəfindən heyranlıqla qarşılandı”, – o bildirib.
Amerikalı respublikaçı senator Lindsi Qrehem bu gün 71 yaşında ölüb.



