İSA QƏMBƏR MÜXALİFƏTİ BİR ARAYA GƏTİRİR?!

Daha hansı partiyalarla görüşüləcək?

ADP sədri Sərdar Cəlaloğlu və Müsavat Başqanı İsa Qəmbər

Xural.org-un özəl mənbələrdən aldığı məlumata görə, dünən Müsavat Partiyasının qərargahında Müsavat Partiyasının Başqanı İsa Qəmbərlə ADP sədri Sərdar Cəlaloğlu arasında görüş olub. Görüşdə siyasi partiyalararası münasibətlər, ölkədəki ictimai-siyasi vəziyyət, eyni zamanda beynəlxalq proseslər müzakirə edilib. Əldə etdiyimiz informasiyada o da vurğulanır ki, İsa Qəmbərlə Sərdar Cəlaloğlu arasında keçirilən görüşdə sabiq Baş nazir Pənah Hüseyn də iştirak edib.
Görüş mətbuata açıq olmayıb. Daha hansı partiyalarla görüşüləcək, görüşlər davam edəcəkmi, bu görüşlərin məqsədi nədir – suallarına cavab tapa bilmədik.
Xural.org məsələni diqqətdə saxlamağa davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button