
ƏLİSƏMİD KÜRÜN VƏZİYYƏTİ AĞIRLAŞDI
Ailəsi: "Belə qərara gəldik ki, evə aparaq"

Şair Əlisəmid Kür
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb.
Xural.org “Report”a istinadən xəbər verir ki, bu barədə şairin ailəsi məlumat verib.
“Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır”.
Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.
Allah Əlisəmid Kürə qıymasın!



