
OQTAY ŞİRƏLİYEV VƏFAT ETDİ
TƏBİB açıqlama yaydı...

Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev vəfat edib.
Xural.org “Report”a istinadən xəbər verir ki, o, bu gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
1967-1973-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu “Müalicə işi” ixtisası üzrə bitirib.
O, 2005-2021-ci illərdə Azərbaycanın səhiyyə naziri olub.
TƏBİB-dən bildirilib ki, oktyabrın 3-ü saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən sabiq nazirin həkiməqədər ölüm faktı qeydə alınıb.



