
EMİN ƏMRULLAYEVİN “TAMŞTATLI MÜƏLLİM” KONSEPTİ
Müəllim indiyə qədər kim olub?!

Tamştatlı müəllim konsepti 2027-ci ilin sentyabrından tez müddətdə həyata keçirilməyəcək.
Xural.org Axar.az-a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əsas diqqət verilməli məsələ işin mahiyyətidir:
“Biz hazırda konseptual mərhələdəyik. Yəni mövcud saat hesabı əməyin ödənilməsi sistemi saxlanılsa da, alternativ olaraq tamştatlı müəllim konseptini Azərbaycan məktəblərinə gətirmək üzərində işləyirik. Məqsədimiz müəllimə məktəbin tamhüquqlu bir hissəsi olduğunu hiss etdirməkdir”.
Nazirin fikirləri haqlı suallar meydana çıxarır: “Müəllim indiyə qədər məktəbin tamhüquqlu bir hissəsi deyildi ki? Əgər belə olubsa, niyə?!”



