İSRAİLLİ NAZİRİN AÇIQLAMASI AZƏRBAYCANIN MARAQLARINA TOXUNUR

İsrail rəsmiləri anlamalıdırlar ki...

“İsrailin diasporla iş üzrə naziri Amiçay Çikli deyib ki, Türkiyə bu gün İsrail dövləti üçün ən ciddi təhlükədir. O bununla kifayətlənməyərək “Türkiyənin təcrid olunması üçün xarici əlaqələrdə hər şeyi etməliyik” ifadəsini işlədib”.
Xural.org Bakupost.az -a istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Elxan Şahinoğlu bildirib.
Onun sözlərinə görə, Türkiyənin Avrasiya, o cümlədən Cənubi Qafqazda və Mərkəzi Asiyada rolu artmaqdadır:
“İsrailli nazirin sözlərindən isə belə çıxır ki, Tel-Əviv Türkiyənin adı çəkilən bölgələrdə fəallığına maneələr yaratmalıdır. Bu isə Türkiyə ilə yanaşı Azərbaycanın da milli və təhlükəsizlik maraqlarına ziddir. Təəssüf ki, Tel-Əviv Türkiyənin Azərbaycanın strateji müttəfiqi olmasını gözdən qaçırır. İsrail rəsmiləri anlamalıdırlar ki, Türkiyə əleyhinə ağır ifadələr işlətdikcə bu Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir etməyə başlayacaq. Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasını istəyir. Ancaq İsrail və Türkiyə rəsmilərinin bir-birlərinin ünvanlarına qarşılıqlı sərt açıqlamaları indiki şərtlər altında münasibətlərin normallaşmasına imkan vermir”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button