
Azad yazarlar azad sözün həmrəyliyinə çağrıldı
Azad Söz İnqilabçıları (ASİ) Klubu hazırda əsassız ittihamlarla şərlənərək həbs olunan “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının ongünlüyünü elan edir.
Tədbir Əvəz Zeynallının “işi”lə bağlı açılmış istintaq müddətinin bitməsi və məhkəmə prosesinin başlanması ilə əlaqədar keçirilir.
Aprelin 15-dən 25-dək Azərbaycanın tanınmış yazarları, media nümayəndələri Əvəz Zeynallı, o cümlədən Azərbaycanda azad söz və müstəqil mətbuatla bağlı yazdıqları köşə yazılarını çalışdıqları media qurumunda çap etdirə, müstəqil yazarlar isə xural.org saytında yerləşdirməklə “ongünlük”də iştirak edə bilərlər.
Məqsəd Əvəz Zeynallının həbsinə etiraz etmək, həmçinin jurnalist həmrəyliyini nümayiş etdirməkdir.
Tədbirin sonunda bütün köşə yazıları kitab şəklində nəşr olunacaq.
Tədbirin nəticəsi olaraq iştirakçılara xatirə hədiyyələri təqdim ediləcək.
XuralTAC




