
ZELENSKİ POLŞANIN VERDİYİ ORDENİ GERİ QAYTARDI
İki ölkə arasında qalmaqal yarandı

Polşanın keçmiş baş naziri (2001-2004) Leşek Miller ölkə prezidenti Karol Navrotski ilə Volodimir Zelenski arasında yaranmış qalmaqal fonunda bəyanat yayıb.
Siyasətçi qeyd edib ki, Ukrayna Varşavaya ordenləri yox, onlara verilən silah və hərbi texnikanı qaytarmalıdır.
Xural.org musavat.com-a istinadən xəbər verir ki, bundan əvvəl Zelenski Polşa prezidentinə ordeni geri qaytardığını açıqlayıb.
Navrotski isə öz növbəsində bildirib ki, Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “UPA qəhrəmanları” (Ukrayna Üsyançı Ordusu) adının verilməsi barədə qərarına görə onu “Ağ Qartal” ordenindən məhrum etmək qərarına gəlib.
“Hər kəs aldığını geri qaytarmağa çox can atdığı üçün MiQ-ləri, tankları və silahları geri qaytarsınlar. Bu, xoşməramlılıq jesti olardı, elə deyilmi?” – deyə Miller “Polsat” telekanalının efirində vurğulayıb.
O əlavə edib ki, “Ağ Qartal” ordeni keçmişdə də mübahisəli şəxsiyyətlərə, o cümlədən Benito Mussoliniyə təqdim olunub.
Millerin sözlərinə görə, Zelenski vaxtilə bu mükafatı qəbul edərkən heç də etiraz etməyib:
“Gərək o zaman desəydi ki, yox, bu orden filan adamlarda da var, ona görə çox sağ olun. Amma o, ordeni heç bir etiraz etmədən qəbul etmişdi”.



