
ERMƏNİSTANA DAHA 17 VAQON YANACAQ GÖNDƏRİLDİ
Bu gün Ermənistana 17 vaqon (1000 ton) dizel yanacağı göndərilib

Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.
Xural.org “Report”a istinadən xəbər verir ki, bu gün Ermənistana 17 vaqon (1000 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, bu gün 18 vaqondan ibarət, ümumi çəkisi 1260 ton olan buğda “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Belə ki, martın 5-də 1 984 ton dizel yanacağı yüklənmiş 31 ədəd vaqondan və 135 ton gübrə yüklənmiş 2 vaqondan ibarət qatar Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Bundan başqa, aprelin 11-də Azərbaycandan Ermənistana göndərilən 887 ton dizel yanacağı göndərilib.
Mayın 9-da Azərbaycandan Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı yola salınıb.



