Ülvi Həsənlinin yeri bilinmir

“Abzas Media”nın direktoru Ülvi Həsənlinin saxlanıldığı güman edilir.

Bu barədə “Abzas Media”nın redaktoru Sevinc Vaqifqızı məlumat verib. Onun sözlərinə görə, Ü.Həsənli noyabrın 20-i səhər xaricə uçmalı idi, amma o, təyyarəyə minməyib: “Səhər saat 4:30-da evdən çıxıb, hava limanına yollanıb, amma təyyarəyə minməyib. Onun hava limanında saxlandığını ehtimal edirəm”.

S.Vaqifqızı Ü.Həsənlinin ehtimal həbsini peşə fəaliyyəti ilə əlaqələndirir: “”Abzas Media” prezident ailəsinin və prezidentin tabeçiliyində olan məmurların biznesi ilə bağlı araşdırmaları dərc edir”.

Bu deyilənlərə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button