
Ukrayna: Rusiya ilə ehtimal olunan gərginliyin bütün Avropa üçün fəlakətli nəticələri olacaqdır Ukrayna Rusiya ilə ehtimal olunan gərginliyin bütün Avropa üçün fəlakətli nəticələri olacağını bildirib.
Ukrayna Rusiya ilə ehtimal olunan gərginliyin bütün Avropa üçün fəlakətli nəticələri olacağını bildirib.
Rusiya Ukrayna sərhəddinə yaxın bölgələrdə hərbi yığınağını davam etdirərkən, Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda danışıqlar aparıb.
Oleksiy Reznikov ABŞ Müdafiə Nazirliyində (Pentaqon) ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
Pentaqonun mövzuyla bağlı bəyanatında bildirilib:
“Nazirlər Rusiyanın regionda sabitliyi pozan hərəkətləri də daxil olmaqla bir sıra təhlükəsizlik məsələlərinə toxunub və avqustun 31-də imzalanmış ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivə Sənədində qeyd olunan birgə ümumi prioritetləri irəlilətmək üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər”.
Görüşdən əvvəl mətbuata qısa açıqlama verən Austin “Rusiyanın təcavüzünə qarşı ümumi prioritetimizi irəlilətməyə davam etmək və Qara dəniz təhlükəsizliyi, kibermüdafiə və kəşfiyyat məlumatlarının mübadiləsi kimi sahələrdə əməkdaşlığımızı dərinləşdirmək üçün bu çərçivəni (ABŞ-Ukrayna Strateji Müdafiə Çərçivəsi) necə həyata keçirə biləcəyimizi müzakirə etməyi səbirsizliklə gözləyirəm” deyib.
Reznikov isə Ukraynanın ABŞ ilə strateji münasibətlərini və Rusiyanın təcavüzünə qarşı mübarizədə ABŞ-ın köməyini yüksək qiymətləndirdiyini bildirib.
Reznikov bildirib ki, Ukrayna xüsusilə Rusiyanın hibrid hücumlarına qarşı mübarizə sahəsində ABŞ ilə tərəfdaşlığını inkişaf etdirməkdə qərarlıdır.
“Ukraynada Rusiyanın hər an gərginliyi artıra biləcəyini çox yaxşı bilirik. Ölkəmizi və uşaqlarımızın gələcəyini müdafiə etməyə hazırıq. Bu mümkün gərginlik, şübhəsiz ki, bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bunun baş verib-verməyəcəyi isə bu təcavüzə qarşı əsasən dünyanın birliyindən və əzmi üzərindədirqətiyyətli olmasından asılıdır” -deyə Reznikov qeyd edib.



