Deputatın polis rəisi atası işdən çıxarıldı

Deputatın atası vəzifəsindən azad olunub. Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Xaqani Cəfərov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) Mühafizəsi üzrə Mühafizə Şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Əldə etdiyimiz məlumata görə, o, bir müddət əvvəl vəzifəsindən azad edilib.

Qeyd edək ki, X.Cəfərov Milli Məclisin deputatı Kamal Cəfərovun atasıdır.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button