UKRAYNA QOD NİSANOVUN BAZARINI VURDU

“Hazırda “Sadovod”da böyük yanğın baş verir”

Ukraynanın PUA hücumları nəticəsində Moskvadakı “Sadovod” ticarət mərkəzində yanğınlar baş verib.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

“Hazırda “Sadovod”da böyük yanğın baş verir”, – məlumatda qeyd olunub.

Moskva meri Sergey Sobyanin də “Sadovod”dakı yanğınları təsdiqləyib.

Onun sözlərinə görə, PUA qalıqlarının düşməsi nəticəsində ticarət mərkəzinin bir hissəsində yanğın baş verib.

Qeyd edək ki, “Sadovod” ticarət mərkəzi Azərbaycan əsilli milyarder Qod Nisanova məxsusdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button