UKRAYNA ORDUSU KRIMI AZAD EDƏCƏK?

"Ukrayna Krımı azad etmək üçün istənilən əməliyyatı həyata keçirəcək"

Rusiya Ukraynanın desant çıxarma əməliyyatına hazırlıq məqsədilə işğal olunmuş Krımda mövqeyini gücləndirir.

Xural.org axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi Dmitri Pletençuk “Kiyev İndependent” qəzetinə verdiyi müsahibədə bildirib.

O qeyd edib ki, Ukrayna desant əməliyyatları aparır və Rusiya tərəfi bunu real təhlükə hesab edir.

Pletençuk həmçinin sözügedən əməliyyatların daha böyük hərbi əməliyyatın tərkib hissəsi olduğunu vurğulayıb:

“Lazım gələrsə, Ukrayna Krımı azad etmək üçün istənilən əməliyyatı həyata keçirəcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button