
Türkiyənin müdafiə naziri Hulusi Akar, Pakistana səfər edib
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Hulusi Akar, Pakistanın müdafiə naziri, müdafiə və istehsal naziri, Quru Qoşunları komandanı ilə görüşəcək.
Məlumata görə, görüşlərdə iki ölkə arasında hərbi, təhlükəsizlik və müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Bununla yanaşı, Hulusi Akarın Pakistan rəsmiləri ilə, Əfqanıstandakı son hadisələrlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir.



