Ermənistanın müdafiə naziri yenidən Rusiyadan məsləhət alacaq

Ermənistanın müdafiə naziri Arşak Karapetyan, avqustun 10-da Rusiyaya səfərə gedib.

“Sputnik Armeniya” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Səfər, Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə həyata keçirilir. Səfər çərçivəsində Sergey Şoyqu və Arşak Karapetyan arasında görüş olacaq. Ermənistan müdafiə nazirinin, Rusiyanın başqa yüksək çinli hərbçiləri ilə də görüşü planlaşdırılıb.

Xatırladaq ki, iyulun 27-də Arşak Karapetyan, Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvaya səfər edib. Qeyd edək ki, avqustun 9-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas, İrəvanda Arşak Karapetyanla görüşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button