
Tramp Maskı hökümət səmərəliliyi idarəsinin başçısı təyin edəcək
İş adamları İlon Mask (Elon Musk) və Vivek Ramasvari şişirdilmiş dövlət qulluğunda “radikal dəyişikliklər” təşəbbüsləri irəli sürəcək yeni aralıq struktura başçılıq edəcəklər. Qurumun məqsədi şişirdilmiş dövlət aparatında ixtisarlar və onu yenidən təşkil etməkdir. Bunu ABŞ-da prezident seçilmiş Donald Tramp noyabrın 12-də deyib.
“Daha kiçik, az bürokratiyalı və daha səmərəli hökümət Müstəqillik bəyannaməsinin 250-ci ildönümünə amerikalılar üçün gözəl bir hədiyyə olacaq”, – Tramp bəyanatında belə deyib.
2026-cı ilin iyulunadək işini başa vuracaq İdarə federal xidmətlərin yenidən qurulması və səmərəsiz xərclərin azaldılması, həddindən artıq dövlət bürokratiyasının hissə-hissə sökülməsi ilə məşqul olacaq.
İlon Mask “SpaceX” və “Tesla” şirkətlərinin təsisçisidir. “Roivan Sciences” farmasevt şirkətinin təsisçisi Videk Ramasvami isə Respublikaçılar partiyasından prezidentliyə namizədliyi irəli sürmüşdü. Onlar dövlət xərclərinin və iqtisadiyyatda dövlət tənzimlənməsinin azaldılması çağırışları ilə məşhurdular.
Yeni seçilmiş prezidentə dövlət büdcəsinin xərclərini 2 trilyon dollar həcmində azalda biləcəyini deyən İ.Maskın bunu necə edəcəyi bəlli deyil. İqtisadçılar xəbərdarlıq ediblər ki, Trampın söz verdiyi vergilərin azaldılması dövlət borcunun kəskin artımına səbəb ola bilər.
Yeni idarənin hökümət tərkibinə daxil olmayan bir qurum olmayacağı deyilir.
Üstəlik, Tramp müdafiə naziri vəzifəsinə Fox News telekanalının siyasi şərhçisi, İraq və Əfqanıstan müharibələri veteranı, 44 yaşlı Pit Xeqsetin (Peter Brian Hegseth) namizədliyini irəli sürüb.



