
Suren Papikyan Ermənistan Müdafiə Naziri təyin edilib
Xural.com erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyanın saytında istefalar və yeni təyinatlar haqqında fərmanlar yerləşdirilib.
Ermənistan prezidenti Armen Sarkisyan Arşak Karapetyanı müdafiə naziri vəzifəsindən azad edib və baş nazirin təklifi ilə bu vəzifəyə Suren Papikyanı təyin edib. Sərəncamlar prezidentin saytında yerləşdirilib.
Digər sərəncamla Papikyan baş nazirin müavini vəzifəsindən azad edilib.
Bundan əvvəl baş nazirin ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti qarşıdan gələn kadr dəyişiklikləri ilə bağlı məlumat yayıb.
Suren Papikyan 26 aprel 1986-cı ildə Stepanavanda anadan olub. 2012-2016-cı illərdə İrəvan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Sankt-Peterburq Dövlət Universitetində aspiranturada oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri təyin edilib. 2 avqust 2021-ci ildə prezidentin sərəncamı ilə o, Ermənistanın baş nazirinin müavini vəzifəsinə təyin edilib. 2016-cı ildə ER Müdafiə Nazirliyinin “Qaregin Njde” medalı ilə təltif edilib.



