
Ermənistan ambudsmanı deyib ki, əqli qüsurlu insanlar cəmiyyətin tamhüquqlu üzvləridir
Psixiatriya klinikalarında xəstələrin hüquqlarının müdafiəsi məsələsi həll olunmayıb – Ermənistan Ombudsmanı
Arman Tatoyan vurğulayıb ki, əqli qüsurlu insanlar cəmiyyətin tamhüquqlu üzvləridir və onların hüquqları qorunmalıdır.
Xural.com xəbər verir ki, Ermənistanın Ombudsmanı Arman Tatoyan psixiatriya xəstəxanalarında vətəndaşların hüquqlarının pozulması məsələsini müzakirə etmək üçün müvafiq idarələrin nümayəndələri ilə görüş təşkil edib.
Atoyan qeyd edib ki, əqli qüsurlu insanlar cəmiyyətin tamhüquqlu üzvləridir və onların hüquqları qorunmalı, onların şərəf və ləyaqətinə toxunulmamalıdır. Lakin ayrı-seçkilik xarakterli münasibət və ya stereotiplərə görə onlar cəmiyyətdən təcrid olunur, çətinlikləri və ya öz hüquqlarını təkbaşına müdafiə edə bilməməsi vəziyyəti daha da ağırlaşdırır.
Ombudsman hesab edir ki, psixiatriya xəstəxanalarının əməkdaşlarının da əməyi qiymətləndirilmir. Mütəxəssislərin və ixtisasartırma kurslarının çatışmazlığı var ki, bu da bu sahənin beynəlxalq standartlara uyğun inkişafına imkan vermir. Psixiatriya klinikalarında və xüsusi müəssisələrdə maaşlar çox aşağıdır, praktiki olaraq heç bir sosial təminat yoxdur, bu da işin keyfiyyətinə mənfi təsir göstərir.
Qeyd edək ki, bir müddət əvvəl Ombudsman bu məsələ ilə bağlı geniş məruzə ilə çıxış edib və mövcud problemləri açıqlayıb. O, bütün üzə çıxan faktlarla bağlı məlumat, eləcə də öz təkliflərini bütün səlahiyyətli orqanlara göndərib.



