
Rusiyada məmurlar pandemiya vəsaitlərini mənimsəyiblər – Medvedyevdən qətiyyətli açıqlama
Rusiya Təhlükəsizlik Şurası sədr müavini belə bir vəziyyətin tamamilə qəbuledilməz olduğunu deyib
Medvedev, pandemiya ilə mübarizə üçün ayrılan vəsaitlərin mənimsənilməsinə işarə edib
Xural.com TASS-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkədəki cinayət vəziyyətinə dair iclasda 2021-ci ildə korrupsiya cinayətlərinin sayının artdığını söyləyib.
Pandemiyada vətəndaşlara və müəssisələrə dəstək olmaq üçün ayrılan vəsaitlərin oğurlanmasından danışaraq, bunu qəbuledilməz adlandırıb.
“Korrupsiya cinayətləri xüsusi diqqət tələb edir. Keçən ilin eyni dövrü ilə müqayisədə qeydə alınanların sayı daha çoxdur” deyə Medvedyev hiddətini gizlətməyib.
Medvedev, pandemiya ilə mübarizə aparmaq üçün vətəndaşların və müəssisələrin sosial-iqtisadi dəstəyi üçün ayrılan büdcə vəsaitlərinin mənimsənilməsindən danışıb: “Bu, çox puldur və əlbətdə ki, dələduzlar artıq öz yollarını tapıblar. İnsanların, xüsusən də pandemiyada dönəmində dövlətdən lazımi yardımı ala bilməməsi qətiyyətlə qəbuledilməzdir”.
Rusiya Təhlükəsizlik Şurası sədr müavininin fikrincə, “bu cür fəaliyyətləri daha fəal şəkildə boğa biləcək əlavə tədbirlər barədə düşünməyə davam etmək” lazımdır”.
xural.org



