
Putin prezidentliyə namizədlərə tövsiyələr verməyi özünün məsuliyyəti adlandırdı
Rusiya Prezidenti bunun dünyanın bütün ölkələrində baş verdiyini vurğuladı
Xural.com TASS-a istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin, özündən sonra prezidentliyə namizəd olacaq insanlara tövsiyələr verməyi özünün məsuliyyəti adlandırdı.
“O insanlara və ya ölkəyə rəhbərlik edə biləcək şəxsə gəldikdə: bir tərəfdən deyirlər: müqəddəs bir yer heç vaxt boş qalmaz və əvəzedilməz insanlar yoxdur. Digər tərəfdən, əlbəttə, mənim məsuliyyətim prezidentliyə namizəd olacaq insanlara tövsiyələr verməkdir!” – deyə Putin illik canlı xətt zamanı bunun dünyanın bütün ölkələrində baş verdiyinə diqqət çəkdi.
Putin bir gün Rusiyaya rəhbərlik etməyə kimin layiq olduğunu söyləyə biləcəyinə ümid etdiyini dedi:
“Əlbətdə vaxt gələcək və ümid edirək deyə bilərəm ki, filankəs, mənim fikrimcə, vətənimiz Rusiya kimi ecazkar bir ölkəyə rəhbərlik etməyə layiqdir”.
xural.org



