Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti qalma müddətləri məhdudlaşdırılıb

Qərar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan tərəfi “müvəqqəti qalma və miqrasiya məsələlərində paritet və qarşılıqlılıq prinsipindən” çıxış edərək bu addımı atıb, deyə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Dekabrın 26-da Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, 2025-ci il yanvarın 1-dən ölkəyə vizasız gələn əcnəbinin Rusiyada müvəqqəti qalma müddəti bir təqvim ili ərzində ümumilikdə 90 gündən çox ola bilməz.

Bundan öncə RF vətəndaşları Azərbaycan ərazisində ildə 180 gündən çox qala bilməzdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button