RAMİZ MEHDİYEVƏ 4 YÜK GƏMİSİ HƏDİYYƏ EDƏN BAŞÇI

Tutduğu vəzifədən azad olunacaq...

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev tutduğu vəzifədən azad olunacaq.

Xural.org Gununsesi.info-ya istinadən xəbər verir ki, icra başçısının  bu  postdan getməsinin zərurililiyi ilə bağlı Prezident Administrasiyasının rəhbərliyində ümumi rəy formalaşıb.

Buna əsas səbəb isə Qəzənfər Ağayevin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin köhnə və sadiq kadrlarından biri olmasıdır.

Onu da qeyd edək ki, Qəzənfər Ağayev ləğv edilən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun qudasıdır.

Hər iki şəxs öz karyerasında Ramiz Mehdiyevin himayədarlığı ilə yüksəlib.

Hətta bu xidmətlərin müqabilində Qüdrət Qurbanovun Mehdiyevə uzun illər əvvəl 4 yük gəmisi hədiyyə etdiyi də bildirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button