GÖMRÜK KOMİTƏSİ İLİ 236 MİLYON MANAT KƏSİRLƏ BAŞA VURUR

Daxilolmalara görə nəzərdə tutulan proqnozlar özünü doğrultmayıb...

Gömrük generalları həbsdən buraxılıb

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalara görə nəzərdə tutulan proqnozlar özünü doğrultmayıb.

Xural.org gununsesi.info-ya istinadən xəbər verir ki, 2025-ci il üçün nəzərdə tutulan 6 milyard 600 milyon manat tam yığılmayıb. Bildirilir ki, komitə ili  236 milyon manata yaxın kəsirlə başa vurur.

Qeyd edək ki, ötən illərlə müqayisədə Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsinin də yığımları buraya yönəldilib.

2025-ci ildə büdcə gəlirlərinin 6 milyard 600 milyon manatı və ya 18,0 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək

Xatırladaq ki, 2025-ci ilin 9 ayında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalar 4 milyard 748 milyon manat təşkil edib.  Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 % az  olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button