Prezident Zakir Həsənova yeni müavin təyin etdi

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qurbanov Aqil Səlim oğlu müdafiə nazirinin müavini vəzifəsinə təyin olunub.
Qeyd edək ki, hazırda müdafiə naziri general-polkovnik Zakir Həsənovdur.

A.Qurbanov Bakıda anadan olub, 36 yaşı var. Aqil Qurbanov bundan öncə “PAŞA Holdinq” MMC-yə daxil olan “PAŞA İnvestments” MMC-də çalışıb. Daha sonra “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının sədri vəzifəsini daşıyıb. SOCAR və Sumqayıt Texnologiyalar Parkının birgə müəssisəsi olan “SOCAR STP”-nin Müşahidə Şurasının üzvü olub. Ən son isə Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonu üzrə Xüsusi Nümayəndəliyində işləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button