
Vasif Talıbov Bakıya niyə gəlib
Xəbər verdiyimiz kimi, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov dünən axşam saatlarında Bakıya gəlib.
V.Talıbovun Bakıya gəlişi Naxçıvandakı “fırtına” ilə bağlıdır. Onun Naxçıvana dair qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacağı bildirilir.
Yenisabah.az Ali Məclis sədrinin Bakıya gəlişinin səbəbini dəqiqləşdirə bilib. Bu səfərin V.Talıbovun şəxsi təşəbbüsü ilə baş tutub. “Xan” bağışlanılması üçün Bakıya minnətçi düşüb.
V.Talıbov özünün və ətrafının uzun illər ərzində qeyri-qanuni yollarla dövlət büdcəsindən oğurladığı həcmi milyardlarla dollarla ölçülən vəsaiti geri qaytarmağa hazır olduğunu çatdırıb. Bunun müqabilində isə özünün və yaxın ətrafının təhlükəsizliyinə təminat istəyir. V.Talıbov “fırtına” səngiyəndən sonra vəzifədən könüllü getməyə hazır olduğunu da bildirib.



