
Peter Mixalko: “Aİ Azərbaycandakı islahatları dəstəkləyir”
“Avropa İttifaqı Azərbaycandakı islahatları dəstəkləyir”.
Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko jurnalistlərə açıqlamasında deyib.
“Biz Azərbaycanla bütün sahələrdə: iqtisadiyyat, enerji, kənd təsərrüfatı, sosial inkişaf və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyinin şahidi oluruq. Aİ Azərbaycanda aparılan islahatları dəstəkləyir. Azərbaycanı bundan sonra da dəstəkləməyə davam edəcəyik”, – deyə səfir bildirib.
P.Mixalko həmçinin Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu da xatırladıb.
Onun sözlərinə görə, ötən il Aİ ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2021-ci illə müqayisədə iki dəfə artıb.



