
“Ermənistan gərginlik yaradır, Qarabağa silah daşıyır”
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
“Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını istəyir” deyən nazir bildirib ki, Azərbaycan Ermənistana sülh təklif edib: “Ermənistan başqasının torpaqlarından çıxarılmağı həzm edə bilmir. Ermənilər gərginlik yaradır, Qarabağa silah daşıyır”. – deyən Mövlud Çavuşoğlu həm də qeyd edib ki, “Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında səmimidir. Amma Ermənistanda “Nemesis” abidəsinin qoyulması qəbuledilməzdir”.
“Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik”, – nazir bildirib.
Onun sözlərinə görə, Ermənistan Türkiyəni aldatmağa cəhd etməməlidir.



