
Peskov: Putin, Əliyev və Paşinyan arasında üçtərəfli təmas üçün bütün tərəflərin razılığı lazımdır
Xural.com TASS-a istinadən xəbər verir ki, Kremlin sözçüsünün sözlərinə görə, Rusiya Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinliyə çağırır.
“Əlbəttə ki, müəyyən mərhələdə bu cür təmaslar zəruri olacaq, lakin onların mümkün olması üçün üç tərəfin razılığı və buna hazır olması lazımdır”, – Peskov müvafiq suala cavab verib.
Peskov qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinli olmağa çağırır və üçtərəfli razılaşmalara əməl olunmasını müdafiə edir:
“Həqiqətən də [Ermənistan-Azərbaycan] sərhəddində hərbi əməliyyatların bərpası dünən ciddi narahatlığa səbəb olan bir şeydir, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün oldu”.
“Rusiya tərəfi bunu davam etdirəcək. Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu müvafiq üçtərəfli razılaşmaların həyata keçirilməsidir”, – deyə Peskov vurğulayıb.
Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların yenidən başlaması deyilənlərə görə Rusiyanın ciddi narahatlığa səbəb olub. Halbuki ermənilər bu münaqişəni rus silahları ilə davam edirlər.



