PƏRVİZ HƏŞİMLİ SAMİR ŞƏRİFOVDAN YAZDI: “OBİJNİK”

Baş nazirin müavini ona sual verən jurnalistlərə nəzakətsizlik edib

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü (WUF) toplantısında Baş nazirin müavini Samir Şərifovun jurnalistlərə davranışına dair görüntülər sosial şəbəkələrdə yayılıb.

Bu görüntülərlə rəy yazan ayrı-ayrı insanlar baş nazirin müavininin ona sual verən jurnalistlərə münasibətdə nəzakətsizliyini sərt tənqid edib.

Həmin görüntülərdə Samir Şərifovun jurnalistlərin suallara yoluna davam edərək,  ala-yarımçıq cavablarla kifaəyətlənir.

Hətta jurnalistlərdən canını qurtarmaq istəyən cənab Şərifov qarşısına çıxan bir uşağı da az qalır ki, tapdalasın.

Bəs Samir Şərifov niyə belə edir? Axı onun böyük təcrübəyə söykənən keçmişi var.

Axı onun digər nazirlər kimi korrupsioner imici də yoxdur ki, anidən çətin sualla üz-üzə qalsın.

Savadlıdır, işini biləndir. Görünür, Allah bir tərəfdən verəndə, digər tərəfdən kəsir.

İzahı ola bilər ki, tədbirə tələsir və sair.

O, həmişə belə olub. Hələ maliyyə naziri olanda da belə idi. Parlament foyesində də ona sual verən jurnalistə baxışında sanki “obijnik” olduğu sezilirdi.

Samir Şərifovda əskik olan cəhət qarşısındakı adamlara nəzakətlə darvanmaq qabiliyyətidir.

Hörmətli məmurumuz bu qüsurunu aradan qaldırsa, daha da hörmətli olar.

Pərviz Həşimli

Gununsesi.info-nun baş redaktoru

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button