
BÜTÜN SOSİAL ÖDƏNİŞLƏR BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Mayın 22-də ödənilməsi nəzərdə tutulub...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub.
Xural.org xəbər verir ki, bu barədə bakupost.az-a ƏƏSMN-dən məlumat verilib.
“Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq”, – məlumatda deyilir.



