Perinatal Mərkəzdə yanğın: dörd uşaq ölüb

Yayımlandı: 9 Yanvar 2024 11:17

Daha üç nəfər tüstüdən zəhərlənib

Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) yaydığı birgə məlumatda deyilir.

Məlumatda deyilir ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində dörd uşaq ölüb, üç nəfər isə tüstüdən zəhərlənib.
Yanğın söndürülüb.

Fotolar: Meydan TV

Fakta bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

“İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button