
Paşinyan Soçidə dincəlməklə Rusiyaya özünün xüsusi münasibətini göstərir?
Bu arada Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinin yazdığına görə baş nazir Nikol Paşinyan ailəsi ilə birlikdə məzuniyyətə çıxmağa və Rusiyanın Soçi şəhərində istirahət etməyə hazırlaşır.
“Bizim məlumatımıza görə, hökumət başçısı ailəsi ilə birlikdə ora avqustun 26-da gedəcək. Nəyə görə məzh Soçi, Paşinyan bununla Rusiyaya özünün xüsusi münasibətini göstərmək istəyir və əvəzində münasibətlərin istiləşməsinə ümid edir?”,- deyə qəzet Paşinyana sual verir.
Bildirilir ki, avqustun 24-də Ermənistan hökuməti 5 illik fəaliyyət proqramının müzakirəsi üçün parlamentdə olmalıdır. Ola bilsin Paşinyan həmin vaxt parlamentdə olmayacaq və məzuniyyətə getməyə üstünlük verəcək.



