
ORXAN KƏRİMOV MƏHKƏMƏDƏ HUŞUNU İTİRDİ
Bu gün Ali Məhkəmədə keçirilən məhkəmə prosesində Təhsil Nazirliyinin şöbə müdirinn sabiq müavini Orxan Kərimovun səhhəti qəflətən ağırlaşıb. Huşunu itirmiş müttəhimin üstünə təcili yardım briqadası çağırılıb və o, xəstənaya aparaılıb.Xeyli müddətdir ki, O.Kərimovun səhhətində problemlərin olduğu haqda məlumatlar var.
Qeyd edək ki, O.Kərimovu mayın 14-də Mərkəzi Klinik Xəstəxanya angioqrafiya müayinəsindən keçiriblər və ürəyin tac karonar damarının tutulmasını müəyyən ediblər.
Orxan Kərimovun ürəyinin müayinəsi zamanı onun sol tac damarının 97 faiz tutulması müəyyən olunsa da və ona təxirəsalınmadan angioilastika əməliyyat olunması zəruri hesab edilsə də o dərhal xəstəxanadan təcridxanaya aparılıb. Yaranmış vəziyyəti mütəxəssislər kritik adlandırsalar da, Orxan Kərimov hələ də həbsdədir və müalicəsinə şərait yaradılmır.
XuralTAC




