
Nüşabə Ələsgərli “fədakarlığı” qarşılığında əməkdar artist olacaq
“Nüşabə Ələsgərli əməkdar artist olacaq. Bu yaxınlarda xanım müğənni bu fəxri ada layiq görüləcək” – məlumatını redaksiyamıza verən mənbənin sözlərinə görə artıq bunun üçün müəyyən çalışmalara da start verilib. Preident Administrasiyasından verilən tapşırığa əsasən müğənni xanımın telekanallarda və radiolarda təbliğatına başlanılıb. Beləki, Nüşabə Ələsgərli son günlər bir-çox verilişlərə dəvət olnub və bu verilişlərdə onun “böyük sənət uğurlarından” bəhs olunur. Verilişi hazırlayanlar sifarişli zənglər təşkil edir və həmin tamaşaçılar Nüşabə xanımın əməkdar artist və xalq artisti fəxri adları almasını, hətta ona “heykəl” qoyulmasını tələb edirlər.
Xatırladaq ki, Nüşabə Ələsgərli mətbuat nümayəndələrinə qarşı xüsusi aqressivliyi ilə tanınan və jurnalistləri zaman-zaman təhqiramiz ifadələr işlətməkdən çəkinməyən müğənnilərdəndir.
O həm də “Xural” qəzetinin baş redaktoru əvəz Zeynallının həbsində Prezident Administrasiyasının planında yer tutan məşhur simalardan biridir. Bu günlərdə də Əvəz Zeynallının məhkəməsində bu plan tam ifşa olunmuş, açıqlığa qovuşmuşdu. Təsadüfi deyil ki, məhkəmədə Əvəz Zeynallı ilə Əvəz Zeynallı arasında diqqətçəkən aşağıdakı dialoq yaşanmışdı. Korrupsiyaya qarşı Mübarizə İdarəsində “zərərçəkmiş” qismində ifadə verən ifadə verən Nüşabə Ələsgərlinin bu illər ərzində hökumət tərəfindən fəxri ad alıb-almaması ilə maralanan Əvəz Zeynallı xanım müğənnidən soruşur:
– Nüşabə xanım, verdiyiniz ifadənin tanışlıq bölümündə qeyd olunmayıb. Deyəsən axı siz əməkdar artist olmalısınız?
– Xeyr. Mən əməkdar artist deyiləm.
– O zaman bu məhkəmə prosesindən sonra mütləq Əli Həsənovun köməkliyilə əməkdar artist adı alacaqsınız… Əmin olun.
Əvəz Zeynallının bu sözləri hakim Ramella Allahverdiyeva da daxil olmaqla bütün zalda oturanların gülüş və qəh-qəhələrinə səbəb olmuşdu. Budur Nüşabə Ələsgərli “yuxarılar”ın tapşırıqlarını “layiqincə” yerinə yetirdiyinə görə, vəd sırası qarşı tərəfə keçib.
Nüşabə xanımı bu fədakarlığının müqabilində aldığı mükafata görə, indidən təbrik etmək olar…
XuralTAC




