NATO: “Çinin sülh modeli uğursuzdur”

NATO baş katibi Yens Stoltenberq Çinin Ukraynadakı sülhlə bağlı modelini uğursuz hesab edir.

TASS hesab edir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Baş katib bidirib ki, NATO-nun Çinə etibarı yoxdur: “Çünki Çin Rusiyanın Ukraynada apardığı müharibəni pisləməyib”.

Qeyd edək ki,  “Çinin Ukraynaya sülh modelini təqdim etdiyi”barədə fevralın 21-də Ukraynanın xarici işlər naziri Dmitro Kuleba məlumat verib.

Onun sözlərinə görə, “Çin diplomatı Vanq Yi Ukraynaya ölkəsinin sülh modelini təqdim edib. Ukrayna detalları təhlil etməlidir”. Belə ki, Volodimir Zelenskinin irəli sürdüyü sülh düsturu Ukrayna üçün prioritet olaraq qalır.

D.Kulebanın sözlərinə görə, Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirəcək.

Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Çin liderinin müşaviri Vanq Yi Çinin Ukrayna ilə bağlı sülh planını açıqlasa da, detallar barədə danışmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button