Borrel: “Avropa İttifaqı Rusiyanı dağıtmaq istəmir”

Borrel: Avropa İttifaqı Rusiyanı dağıtmaq istəmir
“Rusiyada siyasi dəyişikliklər, açıq desək, onu dağıtmaq üçün Ukraynanı dəstəkləmirik”.

Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel İspaniyanın “Periodico” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına üzv ölkələrin heç də hamısı Rusiya-Ukrayna müharibəsinə eyni cür yanaşmır.

Ali komissar deyib ki, sanksiyaların nəticələrinə çox şübhə ilə yanaşan ölkələr var: “Onlar hesab edirlər ki, sanksiyaların heç bir səmərəsi yoxdur və biz öz ayağımıza atəş açdığımız üçün məhdudiyyətlər tətbiq edilməməli idi”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button