
Müsavat Partiyası vicdan məhbuslarının azad olunması ilə bağlı bəyanat verdi
Bəynatda bildirilir: “22 iyun 2012-ci il tarixdə vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Tural Abbaslı, Məhəmməd Məcidli, Əhəd Məmmədli, Zülfüqar Eyvazlı, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Babək Həsənov əfv fərmanı ilə azad olunub.Müsavat Partiyası heç bir qanunsuz hərəkətə yol vermədikləri, sərbəst toplaşmaq, ifadə azadlığının təmin olunmasını tələb etdikləri halda 1 il 3 ay həbsdə saxlanmalarının yolverilməzliyini qeyd etməklə, vicdan məhbuslarının qanunsuz həbs hökmündə nəzərdə tutulmuş müddətdən əvvəl azadlığa çıxmasını xoşməramlı hal olduğunu ifadə edir.
Müsavat Partiyası başlanmış prosesin davam etdirilməsinin vacib olduğunu bəyan edir, bütün vicdan və siyasi məhbusların azadlığa buraxılmasını ədalətin bərpası və ictimai maraqlar baxımından zəruri sayır.




