İPGA rəsmi Bakını həbsdə olan jurnalistləri dərhal azad etməyə çağırdı

25.06.2012

Tərkibinə 10 beynəlxalq jurnalist və insan haqlarının müdafiə təşkilatları – Artikl 19 İfadə azadlığı uğrunda qlobal kampaniya (ARTICLE 19: Global Campaign for Free Expression),  Jurnalistlərin Müdafiə Komitəsi (Committee to Protect Journalists), İnsan Haqları Evi Fondu (Human Rights House Foundation), Senzura indeksi (Index on Censorship),  Müxtəlif KİV İnstitutu (Media Diversity Institute),  Norveç Helsink Komitəsi (Norwegian Helsinki Committee), Beynəlxalq PEN Klubu (PEN International Writers In Prison Committee), Sərhədsiz Reportyorlar təşkilatının (Reporters Without Borders), Freedom Now, World Association of Newspapers and News Publishers (WAN-IFRA) NOTES TO EDITORS da qatıldığı  Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) bəyanat xarakterli növbəti hesabatını yaydı. Hesabatda həbsdə olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da daxil olmaqla İlham Əmiraslanov, Anar Bayramlı, Ramin Bayramov, Vüqar Gonagov, Zaur Quliyev, Şahin Həsənli, Vidadi İsgəndərov, Aydın Canıyev, Taleh Xasməmmədov, Hilal Məmmədov, İlham Süleymanov ilə bağlı hakimiyyətə konkret mesajlar verilir -JURNALİSTLƏR QEYD-ŞƏRTSİZ AZAD OLUNMALIDIRLAR!

Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) söz və ifadə azadlığının, o cümlədən insan haqlarının pozulmasından böyük narahatlıq keçirdiyini bəyan edir və bildirir ki, həbsdə saxlanılan jurnalistlər dərhal azadlığa buraxılmalı, onların məhkəmə işləri isə beynəlxalq normalara uyğun sürətli və hərtərəfli araşdırma aparmaqla başa çatmalıdır.   Jurnalistləri hədəfə almaq naminə istifadə olunan şər və böhtan xarakterli, o cümlədən rüşvət, narkotika tipli iddialar rədd olunmalı, diffamasiya qanunvericiliyinə uyğun olaraq məhkəmə prosesləri tamamlanmalıdır.

Jurnalistlər məlumat almaq və yaymaq hüquqlarından qanunvericiliyə müvafiq olaraq, söz və ifadə azadlığı pozulmadan istifadə edə bilməlidirlər. Onlar əmin olmalıdırlar ki, peşə fəaliyyətlərini icra etdikləri üçün onları sərt cəza və həbs gözləmir. Jurnalistlərin yüksək çinli məmurlar tərəfindən cəzalandırılmasına son qoyulmalıdır.

Hesabatda “Azadlıq” radiosunun redaktoru Xədicə İsmayılova və “Ayna-Zerkalo” qəzetinin jurnalisti İdrak Abbasovun peşə fəaliyyətinin dayandırılmasına hesablanmış təzyiqlər də qəti və sərt şəkildə tənqid olunur.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button